Xəbər lenti
Ağdamda 9 milyon manata yeni məhəllə salınacaq

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-135 üzrə binaların tikintisinə 9 milyon 160 min 52 manat vəsait ayırıb.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, tikinti işləri "As-Təmir Tikinti" MMC-yə həvalə olunub.
Müvafiq işlərin görülməsinə bu gündən başlanılıb, gələn ilin sentyabrına qədər bitməyi planlaşdırılır.
Qeyd edək ki, 100 manat nizamnamə kapitalı "As-Təmir Tikinti" MMC-nin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur. Şirkət Gəncə Aliminium zavodunun, Ələt layihəsinin, Göl Park yaşayış layihəsinin, Xanoba Gömrük Keçid məntəqəsi layihələrinin icrasını həyata keçirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































