Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

Tarix: 18-06-2025 11:47     Baxış: 465 A- / A+
Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi
Azərbaycan və Maldiv hökumətləri arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” iyunun 18-dən qüvvəyə minir.

Manevr.az
-ın məlumatına görə, Saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və maldivli həmkarı Abdulla Xəlil arasında keçirilmiş görüşdə imzalanıb.

Müvafiq Qanun layihəsi Azərbaycan Milli Məclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında müzakirə edilərək qəbul olunub, daha sonra isə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib.

Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaq vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha möhkəmləndirilməsi və inkişafı məqsədini daşıyır.

Razılaşmaya əsasən, tərəflərin etibarlı diplomatik və xidməti (rəsmi) pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinə vizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriş tarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar