Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərildi - VİDEO

Tarix: 15-06-2025 17:16     Baxış: 351 A- / A+

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Şirvan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib.
Bu barədə Manevr.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsi müdirinin müavini Mirhüseyn Hüseynov bildirib ki, tədbirin məqsədi keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılması və işğaldan azad edilmiş ərazilərə könüllü və təhlükəsiz qayıdışla bağlı maarifləndirmənin təmin olunmasıdır.
Tədbir zamanı iştirakçılara dövlət tərəfindən təqdim edilən güzəştlər və sosial imtiyazlar, sosial müdafiə tədbirlərinin hüquqi əsasları və başaçatma müddətləri, hüquqi müddətlərin hesablanması, onların qanunvericiliyə uyğunluğu və digər aktual hüquqi məsələlər barədə ətraflı məlumat verilib.
Şirvan regional vəkil bürosunun rəhbəri Ruslan Mirzəyev qeyd edib ki, belə ödənişsiz hüquqi yardımlar şəhid ailələri və qazilər üçün də mütəmadi olaraq təşkil olunur. O, eyni zamanda, keçmiş məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə yönəlmiş bu təşəbbüsə çox sayda vəkilin könüllü şəkildə qoşulmasını yüksək qiymətləndirib.
Tədbir çərçivəsində 80-dən çox keçmiş məcburi köçkünə ödənişsiz hüquqi yardım göstərilib, onların sualları cavablandırılıb.
Məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına yönələn hüquqi maarifləndirmə tədbirləri respublikanın digər bölgələrində də təşkil ediləcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar