Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Bu məlumatları paylaşanlar pulunu itirir" - DİN

Tarix: 22-05-2025 11:28     Baxış: 395 A- / A+

"Bu məlumatları paylaşanlar pulunu itirir" - DİN

Daxili İşlər Nazirliyi vətəndaşlara bank kartları ilə bağlı artan dələduzluq hallarına görə ciddi xəbərdarlıq edib. 
Manevr.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, son günlərdə bir neçə vətəndaş dələduzluq qurbanı olaraq pullarını itirib.
Yalnız ötən gün müxtəlif vətəndaşların bank kartlarından 6300, 4700, 2766, 2167, 1056, 1000, 624, 600, 450, 387, 300, 170 və 100 manat olmaqla, ümumilikdə minlərlə manat vəsait oğurlanıb. Bu hallar bank kartı məlumatlarının üçüncü şəxslərlə paylaşılması nəticəsində baş verib.
E.Hacıyev vətəndaşları diqqətli olmağa çağıraraq bildirib ki, dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edərək zəng edir, mesaj yazır və ya sosial şəbəkələr vasitəsilə əlaqə qururlar. Məqsədləri isə kart məlumatlarını ələ keçirərək vəsaitləri mənimsəməkdir.

DİN bu məlumatların heç vaxt paylaşılmamasını tövsiyə edir:

- Kartın üzərindəki 16 rəqəmli nömrəni;
- Son istifadə tarixini (məsələn, 05/26);
- CVV/CVC kodu (kartın arxasındakı 3 rəqəmli kod);
- PIN kodu (ATM və POS terminal üçün istifadə olunan kod);
 
Bu məlumatların paylaşılması aşağıdakı nəticələrə gətirib çıxara bilər:

- Bank hesabından icazəsiz pul çıxarılması;
- Kart vasitəsilə qanunsuz onlayn alış-verişlər;
- Dələduzluq və fırıldaqçılıq hallarının qurbanı olmaq;
- Pul itkisi zamanı bankın məsuliyyət daşımaması, çünki məlumatlar istifadəçi tərəfindən verilib;
 
DİN vətəndaşlara bu cür hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyi tövsiyə edir. E.Hacıyev qeyd edib ki, heç bir bank və ya hüquq-mühafizə orqanı telefon və ya mesaj vasitəsilə kart məlumatlarını tələb etmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar