Xəbər lenti
Günəşdə güclü partlayış baş verdi
Manevr.az xəbər verir ki, bu barədə Fedorov adına Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. Məlumata əsasən, Bakı vaxtı ilə saat 12:23-də Günəşin 4087 (N16E65) ləkə qrupunda rentgen diapazonunda 32 dəqiqə davam edən X2.5 sinifli alışma baş verib.
Bundan əlavə, saat 11:45-də 15 dəqiqə davam edən güclü M sinifli partlayış da qeydə alınıb. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun məlumatına görə, bu ayın ilk X sinifli məşəli mayın 13-də, Bakı vaxtı ilə saat 19:38-də baş verib.
Qeyd edək ki, Günəş partlayışı rentgen şüalanmasının intensivliyinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Onların arasında X sinifli məşəllər ən güclüsü hesab olunur və şiddətli geomaqnit qasırğalarına səbəb ola bilər.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar