Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

Tarix: 13-05-2025 13:14     Baxış: 3115 A- / A+

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son zəng"lə bağlı pul tələb etməsindən-red.) agentlik xəbərdardır, bununla bağlı komissiya yaradılıb".
 
Manevr.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
 
O, yoxlamaların aparıldığını qeyd edib.
 
"Son zəng" tədbiri ilə bağlı agentliyin müvafiq təlimatı var. Həmin təlimata əməl etmək mütləqdir. Təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı çağırış edirik. Bütün təhsil müəssisələrinə nümunəvi protokol göndərilib. Şagirdlərin kiçikhəcmli çıxışları, yaradıcı hissələr nəzərdə tutulub. Amma təmtəraqlı, ciddi maliyyə yükü olan tədbir keçirilməsi yolverilməzdir", - o əlavə edib.
 
Eşqi Bağırov bildirib ki, məktəb direktoru vəzifələrini kobud şəkildə pozubsa, vəzifədən azad edilir:
 
"Əgər pedaqoji fəaliyyəti əmək qanunvericiliyi ilə tənzimlənibsə, direktor kimi yox, müəllim kimi pedaqoji fəaliyyətini davam etdirə bilər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar