Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"İndi də bədənimdə qəlpələr var" - Xalq artisti

Tarix: 10-05-2025 09:50     Baxış: 3119 A- / A+
Xalq artisti Şükufə Musayeva "AStar" verilişində qonaq olub.
Manevr.az-ın məlumatına görə, Birinci Qarabağ müharibəsində iştirak edən sənətçi döyüşlər zamanı yaralandığını və hələ də bədənində qəlpələrin qaldığını açıqlayıb:
"1990-cı illərdə vəziyyət ağır idi. Hər gün ölüm-itim, Şuşa od-alov içində yanırdı. Hər gün atırdılar, darmadağın edirdilər. Müharibəni ancaq uşaq vaxtı kitablarda oxuyub, filmlərdə izləmişdim. Ağlıma gəlməzdi ki, müharibə olar və mən istirak edərəm. Dedim vətənim üçün nəsə edim. Könüllü şəkildə müharibəyə getdim.
Birinci döyüş yolum Şuşadan keçdi. Sonra Laçında oldum. Sonuncu Ağdərəyə getdik. Orada çox ağır yaralandım. Həmin vaxt döyüş yoldaşlarımızdan ikisi şəhid olmuşdu, 8-i isə yaralanmışdı. Yaralananlara köməyə getdik. Şakir adlı biri var idi. Xərəyi məndən aldı ki, buraya qədər daşımısan, qalanını biz edək. Arxaya çəkildim. Bir də eşitdim ki, kimsə "Ay Allah" söylədi. Bilmədim ki, bunu deyən Şakirdir. Sonra gördüm ki, mənə istilik gəldi, keyidim. Bir dəfə ayıldım, gördüm ki, nəsə yanır. Bircə onu dedim ki, komandir, kömək edin, uşaqlar yanır. Bizi vurublar. Beynim silkələnib. Bədənimdə 100-dən çox qəlpəm var idi. Hamısı dolub bədənimə, qulağımdan qan fışqırır. Tərtərə xəstəxanaya aparıblar. Orada dumanlı yerdə uçduğumu xatırlayıram. Görürəm ki, komandir məni dartır. Ayılanda eşitdim ki, dedilər "Şükür Allaha, ölmədi". 3 gün özümə gəlib-getmişəm. Orada 27 tikiş vurulub mənə. Ən çox üzümə qəlpə düşüb. Allaha min şükür, gözümün ağındakı qəlpə sürüşüb burnumun üstündən çıxdı. Özüm çıxartdım. Əməliyyatla qəlpələrimi çıxartdılar. Bakıda da əməliyyat olundum. Qulağımın pərdəsi də dağılmışdı. İndi də bədənimdə qəlpələr var. Çoxu dərimin altındadır. Boğazımda da var idi. Dedilər çıxartsaq səs telini zədələyə bilərik. Dedim ki, elə olsa, yaşamaq istəmirəm. Ondansa, ölməyim daha yaxşıdır. Xəstəxanalarda çox oldum. Yeriyə, qalxa bilmirdim. Tikişlərim çox ağrıdırdı. Hər dəfə eşidəndə ki, torpaqlarımız işğal olunur, pis olur, qışqıırdım. Düşünürdülər dəli olmuşam. Şükür ki, indi torpaqlarımız azaddır. Ən böyük sevincim torpaqlarımızın azad olunmasını görməyimdir. Min şükür olsun".
Qeyd edək ki, Ş.Musayeva ötən gün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Prezident mükafatına layiq görülüb.(axşam.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar