Xəbər lenti
Qarabağda hərbi çevriliş?
Qarabağlı müxalifətçi, "Milli dirçəliş" partiyasının liderlərindən biri Tiqran Qriqoryan Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qondarma rejimin hərbi çevrilişlə devrilməsinə hazırlıq getdiyini bildirib. Qriqoryan bu haqda özünün Facebook səhifəsində müraciət yayıb.
Onun bildirdiyinə görə, "vətəndaşlar" hərbi çevrilişə qarşı ayıq-sayıq olmalıdır. Çünki "dövlət naziri" Araik Arutyunyan güc strukturlarının rəhbərlərinin təzyiqləri ilə istefaya gedib. O, Xankəndində ötən həftə sonu başlayan etirazlar zamanı nümayişçilərin tələblərinin yerinə yetirilməsi və güc strukturlarında təmizləmələrin aparılması tərəfdarı kimi çıxış etmişdi.
Qriqoryan bildirir ki, qondarma "prezident" Bako Saakyan güc strukturlarının təzyiqi altındadır və o, "milli təhlükəsizlik xidmətinin" rəhbəri Arşavir Qaramyanı Araik Arutyunyanın yerinə təyin edəcək. Başqa sözlə, son hadisələrə görə günahkar olanlar nəinki cəzalandırılmayacaq, üstəlik onlar hakimiyyəti ələ keçirəcəklər.
Qarabağ separatçılarının "polis rəisi", "general" Kamo Ağacanyan da istefaya gedib.
K.Ağacanyan istefasına səbəb kimi Qarabağda, onun üçün prioritet olan daxili və xarici təhlükəsizliyin və stabilliyin təmin olunmasını göstərib.
O, artıq istefa ərizəsini separatçıların lideri Bako Saakyana təqdim etdiyini bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar