Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bir neçə saata hər şey həll olunacaq, Qarabağda müharibə başlaya bilər

Tarix: 19-04-2018 12:13     Baxış: 3857 A- / A+
Bir neçə saata hər şey həll olunacaq, Qarabağda müharibə başlaya bilər

"Ermənistanda qeyri-stabil vəziyyət davam etdikcə, Qarabağda eskalasiya riski yüksəlir".

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Perendjiyev Ermənistanda müxalifətin aksiyasını şərh edərkən deyib.

Onun fikrincə, Azərbaycan öz torpaqlarını qaytarmaq üçün həmişə zəif tərəfləri axtaracaq.

"Bakı heç vaxt ermənilərin Qarabağ və ətrafındakı ərazilərə nəzarət etməsi ilə razılaşmayacaq. Xüsusilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətrafdakı rayonların müharibə yolu ilə azad edilməsi variantı həmişə Bakının masasında olub. Çünki Azərbaycan bu ərazilərdə istənilən hərbi əməliyyat aparmaq hüququnun olduğunu hesab edir. Təbii ki, sonrakı mərhələdə Qarabağın azad olunması gələcək. Azərbaycanın hərbi potensialı buna imkan verir", - deyə o bildirib.

6 gündür Ermənistanda "Elk" fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında baş nazir seçilən Serj Sarkisyan rejiminə qarşı kütləvi etirazlar davam edir. Etirazçılar bir çox dövlət orqanının binasını mühasirəyə alıb. Prosesi "Məxməri inqilab" adlandıran Paşinyan və tərəfdarları geri çəkilmək niyyətində deyil. İrəvandakı hadisələr fonunda erməni hərbi birləşmələrinin Dağlıq Qarabağda təxribata əl atması diqqət çəkir. Dünən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlunun əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alması da buna sübutdur.

Görünür, Sarkisyan rejimi köhnə taktikanı yenidən işə salır: mülki əhaliyə hücum etməklə Azərbaycan Ordusunu cavab atəşi açmağa vadar etmək, beləliklə Bakını hücum edən tərəf kimi göstərmək və cəbhədə vəziyyəti gərginləşdirərək, diqqəti ölkədaxili proseslərdən yayındırmaq.

Perendjiyev İrəvandakı qeyri-stabil vəziyyətdən Azərbaycanın istifadə edə biləcəyini iddia etsə də, Sarkisyan rejiminin ölkədə nəzarəti ələ almaq üçün artıq Qarabağda hərbi toqquşmalar hazırladığı ortadadır. Hesab etmək olar ki, İrəvan küçələrində "Məxməri inqilab"ın davam edəcəyi təqdirdə, erməni hərbi birləşmələri cəbhədə daha ciddi təxribatlara əl ataraq, eskalasiyanın yaranmasına çalışacaqlar. Bu isə yeni hərbi toqquşmaların yaşanmasını qaçılmaz edir. Sarkisyanın hədəfi "xarici düşmən" obrazı yaratmaq və diqqəti yayındıraraq, proseslərə nəzarəti ələ almaqdır.

Böyük ehtimalla bu gün Sarkisyanın baş nazir olaraq yeni hökumətin iclasını keçirməsindən sonra hər şey bəlli olacaq. Paşinyan və tərəfdarları iclasın keçiriləcəyi binanı mühasirəyə almaq niyyətindədir. Əgər kütləvi etirazlar səngiməsə, Ermənistan hakimiyyəti yaxın günlər ərzində Qarabağda müharibəyə əl ata bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar