Xəbər lenti
Bu vitaminin çatışmazlığı orqanizmdə CİDDİ FƏSADLARA YOL AÇIR — ƏLAMƏTLƏRİ
B12 vitamininin çatışmazlığı, bədən və sinir sisteminin sağlamlığına ciddi təsir edir. Bu çatışmamazlıq ayrıca bir çox xəstəliyin yaranmasına da səbəb ola bilir. Xalq arasında unutqanlıq əlaməti ilə də bilinir. Yaxşı bəs, B12 vitamininin çatışmazlığını necə anlaya bilərik?
B12 vitamini suda həll olması səbəbi ilə istifadə olunduqdan sonra çox hissəsi sidik vasitəsilə orqanizmdən xaric olunur. Sinir sisteminin sağlamlığı və qırmızı qan hüceyrələrinin yaranması üçün vacib olan vitaminlərdən biridir. Beyin, saç, dırnaq və mədə-bağırsaq sistemi üçün önəmlidir. Vitaminin çatışmazlığını dəqiq öyrənmək üçün qan testi yoxlanılması mütləqdir.
B12 vitamini ən çox heyvan mənşəli qidalarda olur. Toyuq, digər quş ətləri, qırmızı ət, süd, yumurta, balıq və dəniz məhsullarını buna misal gətirmək olar.
Bu vitamin bədənin tarazlığının qorunması üçün həddən artıq lazımlı vitamindir.
B12 VİTAMİN ÇATIŞMAZLIĞININ ƏLAMƏTLƏRİ HANSI HALLARDA VƏ HANSI İNSANLARDA MÜŞAHİDƏ OLUNUR?
Vegeterian olan insanlarda;
Yaşı 50 dən yuxarı olan insanlarda;
Mədə-bağırsaq sistemi xəstəliyi;
Arıqlamaq üçün mədə kiçiltmə əməliyyatı olan insanlarda;
Mədənin şirə ifraz etmədiyi zamanlarda;
Hamilələrdə və iştah problemi olan uşaqlarda;
Spirtli içkidən həddən artıq istifadə edən insanlarda;
B12 VİTAMİNİNİN ÇATIŞMAZLIĞI NƏLƏRDİR?
Qan azlığı;
Halsızlıq;
Qarabasma hallarının müşahidə olunması;
Fikrini toplamaqda çətinlik çəkmək və diqqət dağınıqlığı;
Yaddaş problemi və unutqanlıq;
Dildə şişkinlik və iltihablanma;
Rəngin saralması və ya rəngində solğunluq;
Gücsüszlük;
Görmə qabiliyyətinin pozulması;
Qol və ayaqda keyimə;
Tarazlığın pozulması və yeriməkdə çətinlik;
Nəfəs darlığı;
Dad bilmə qabiliyyətinin itməsi;
Qəbizlik və ishal;
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar