Xəbər lenti
"Erməni əsgər ordudakı özbaşınalıq nəticəsində öldürülüb"
Müdafiə Nazirliyinin mətbuat xidməti işğal olunmuş Azərbaycan ərazilərində erməni əsgərin ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün erməni saytlarında guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni əsgərinin həlak olması barədə yayılan xəbərlər uydurmadır və həqiqəti əks etdirmir.
“Tərəfimizdən əldə edilən məlumata əsasən, aşkar edilib ki, müqaviləli hərbi qulluqçu, 1989-cu il təvəllüdlü Sanasar Qriqoryan xidmət etdiyi hərbi hissədə zabit tərəfindən təzyiqlərə məruz qalıb. Erməni zabit əsgərdən rüşvət tələb etdikdə, S. Qriqoryan bu özbaşınalığa etiraz edib. Nəticədə onların arasında münaqişə baş verib. Münaqişə zəminində zabit atəş açaraq tabeliyində olan əsgəri qətlə yetirib. Ermənilər hadisəni ört-basdır etmək məqsədilə bunu Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərirlər.
Bir daha bildiririk ki, erməni əsgər düşmən ordusundakı özbaşınalıq, nizamnamədən kənar münasibətlər səbəbindən öldürülüb, zabitlərin rüşvətxorluğunun qurbanı olub. Bizdə faktla bağlı sübutlar mövcuddur”, – deyə Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, bu gün erməni saytlarında işğal altında olan Azərbaycan ərazilərində Azərbaycan Ordusunun açdığı atəş nəticəsində erməni əsgərinin ölməsi ilə bağlı xəbərlər yayılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar