Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Əgər müharibə başlasa... " - Sarkisyandan yeni ultimativ bəyanat

Tarix: 14-03-2017 19:53     Baxış: 5493 A- / A+
"Əgər müharibə başlasa... "


Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh danışıqlarında iştirakdan nümayişkaranə imtinasını növbəti dəfə izah etməyə çalışıb və Azərbaycanın ünvanına yeni ultimativ bəyanatla çıxış edib. Məlum olduğu kimi, Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi sülh danışıqlarını əvvəlki formatlarda və əvvəlki gündəliklə davam etməkdən imtina edir.

"Ermənistan heç vaxt Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlardan imtina etmir və İrəvan yüksək səviyyədə yeni görüş imkanını müzakirə etməyə hazırdır, əgər Bakı əvvəlki görüşlərində nail olunmuş razılığı yerinə yetirəcəksə".

Manevr.az bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan bunu ispan agentliyi EFE-yə müsahibəsində Azərbaycanla münasibətlərin normallaşdırılması perspektivinə toxunarkən deyib.

S.Sarkisyanın sözlərinə görə, Ermənistan danışıqlar masasına yalnız atəşin dayandırılması rejiminin pozulması hadisələrinin araşdırılması üçün mexanizmin yaradılması halında qayıdacaq. Məlum olduğu kimi, Azərbaycan öz işğal edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərində belə mexanizmin yaradılmasından prinsipial olaraq imtina edir və tələb irəli sürür ki, işğalçı Ermənistan qoşunlarını özünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə çəksin.

S.Sarkisyan, həmçinin Yerevanın qondarma "DQR"in müstəqilliyini tanıyacağını da istisna etməyib: "Təsəvvür edin ki, bugünkü şəraitdə Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Bu, danışıqlara son qoyacaq. Və məlum olduğu kimi, danışıqlara alternativ müharibədir".

Ancaq o əlavə edib ki, hər şey konkret vəziyyətdən asılıdır. Ermənistan öz mövqeyini dəyişə bilər. "Mən dəfələrlə demişəm: əgər Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi hərəkətləri yeniləyəcəksə, biz müstəqilliyi dərhal tanıyacağıq", - deyə Sarkisyan vurğulayıb.

Sarkisyan onu da bildirib ki, yaxın gələcəkdə irimiqyaslı döyüş hərəkətləri çətin baş versin, ancaq onlara həmişə hazır olmaq lazımdır.(virtualaz.org)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar