Xəbər lenti
Aprel müharibəsi: tanklara tökməyə dizel yox imiş... / ETİRAF
Ermənistanın baş naziri Karen Karapetyanın bu günlərdə ötən il Qarabağdakı aprel döyüşləri zamanı erməni ordusunun yanacaq problemi ilə üzləşdiyi barədə sensasion bəyanatı ilə bağlı qalmaqal səngimir.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, indi qondarma “dqr baş naziri” bu problemin yarandığını etraf edib və aprel döyüşləri zamanı, habelə ondan sonrakı aylarda hərbi texnikanın, avtomobil və mühəndis texnikasının keyfiyyətsiz dizel yanacağı üzərində işə düşmədiyini, yaxud sıradan çıxdığını təsdiqləyib.
“Joqovurd” qəzeti baş nazir Karapetyanın aprel döyüşləri zamanı hərbi texnikanın keyfiyyətsiz dizel yanacağına görə işə düşmədiyi haqda bəyanatını araşdıraraq müəyyən edib ki, Ermənistana, eləcə də Dağlıq Qarabağa illər boyu keyfiyyətsiz dizel yanacağı idxal edilib. Nəticədə bu yanacaq təkcə hərbi texnikanı deyil, kənd təsərrüfatı texnikasını və avtomobil nəqliyyatını da sıradan çıxarıb. Bunu qəzetə qondarma “dqr baş naziri” Ara Arutyunyan deyib. Onun sözlərinə görə, həm aprel döyüşləri zamanı, həm ondan sonra ordunun ehtiyacları üçün işləyən podratçı şirkətlər yanacaq problemi ilə üzləşiblər. Çünki “hökumət” yanacağı təcili qaydada “fərdi təchizatçılardan” almalı olub. “Başa düşmək lazımdır ki, əgər bazarda keyfiyyətsiz yanacaq varsa təcili satınalmalar zamanı belə problemlər meydana çıxa bilər”-Arutyunyan bildirib.
Qeyd edək ki, aprel döyüşlərinə dair yayılan görüntülərdə Ermənistan işğalçı qüvvələrinə məxsus sınıq-salxaq avtomobil texnikasını, tankları görmək olurdu. Həmin döyüşlər zamanı ordunun ciddi təchizat problemlərinin üzə çıxması nəticəsində Ermənistan Müdafiə Nazirliyində təlatümlər başladı. Generallar, digər yüksək rütbəli zabitlər işdən qovuldu və həbs edildi, müdafiə naziri Seyran Ohanyan bir qədər gec də olsa vəzifəsini itirib Sərkisyana qarşı müxalifətə keçdi. Və belə görünür ki, həmin günlərdə Azərbaycan ordusu daha böyük qüvvə ilə hücuma keçsəydi və hərbi əməliyyatlar 4 gün sonra dayandırılmasaydı Ermənistan ordusunun darmadağın edilməsi doğrudan da qaçılmaz olacaqdı...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar