Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər öz əsgərlərinə müraciət edir : "Qarabağdan qaçın"

Tarix: 04-03-2017 16:33     Baxış: 6481 A- / A+
Ermənilər öz əsgərlərinə müraciət edir


CBC telekanalında erməni jurnalist Syuzan Caqinyan, hüquq müdafiəçisi Vaan Martirosyan, Ermənistan vətəndaşı Sergey Culakyanın fikirləri yer alıb.

Manevr.az baku.ws-ə istinadən bildirir ki, videoda erməni xalqına və əsgərlərinə müraciət edən müsahiblər çıxışlarında Ermənistan hakimiyyətinə qarşı çox sərt mövqe tutublar. Videoda Syuzan Caqinyan Ermənistanın başında duran hakimiyyətin ölkənin ermənilərsiz qalması üçün əlindən gələni etdiyi bildirir. "Bu proqramlardan biri də ordudur. Mən belə düşünürəm ki, sizin yerinizə orda Köçəryanın, Sarkisyanın və öz xalqından oğurluq edən bütün digər generalların övladları, uşaqları, nəvələri olmalıdırlar. Bu gün Qarabağ müharibəsi erməni xalqını idarə etmək və onları müti qula çevirmək ücün əllərində bir vasitəsir. Onlara uymayın. Nahəyət ki, erməni xalqının əsl düşmənlərinin kim olduğunu dərk edin. Sizin həyatınız onlar üçün əhəmiyyətsizdir. Sizi bu münaqişənin sülh yolu ilə həllini tapmağa çağırıram. Çünki mən şəxsən daha müharibə istəmirəm. İstəyirəm ki, siz də istəməyəsiniz.

Hüquq mühafizəçisi Vaan Martirosyan:
"Siz əlinizdə silah vətəninizi qoruduğunuzu düşünərkən əsl düşmənlər sizin arxanızda ana-atalarınızın vuraraq onların çörəklərini əllərindən alır. Onları həbsxanaya atır, sizin gələcəyinizdən məhrum edirlər. Nə üçün Qarabağdan olan heç bir insan Qarabağda xidmət etmir. Erməni gəncləri və onların valideynləri ilə heç bir əlaqəsi olmayan torpaqlar uğrunda erməni əsgərlərinin ölməsinin əsas günahkarı Sarkisyan rejimidir. Qarabağı ömürlərində bir dəfə də olsun görməyən irəvanlı gənclər ora göndərilərək nəyin uğrunda vuruşduqlarının fərqinə belə varmadan həlak olurlar", - deyə bildirib.

Ermənistan vətəndaşı Sergey Culakyan:
"Yad torpaqlarda qan tökmək nəyə lazımdır. Mən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçmiş erməni gənclərinin bir nümayəndəsi kimi erməni əsgərlərinə müraciət edirəm. Silahlarınızı hazırda bizim ölkəni idarə edən əsl düməninizə tərəf çevirin".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar