Xəbər lenti 
					
 
		Zəngəzur dəhlizi ilə bağlı addımlar atılacaq, Laçın şəhəri qaytarılacaq

"Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir. Bu görüşdən əvvəl Ermənistanı bir xeyli sıxdılar".
Manevr.az xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev deyib. E. Vəliyev bildirib ki, Azərbaycan Gorus-Qafan yolunu bağlayaraq şərtlər diktə edib:
"Bu bir bildiriş mesajı idi, yəni Ermənistan tərəfinə başa salındı ki, güclər kimin əlindədir, gərginlik yaranacağı təqdirdə çətin vəziyyətdə qalacaq tərəf hansıdır. Dolaysı ilə çıxış yolunun kompromisə getmək olduğu izah edildi. Rusiya da şərait yaradır ki, Ermənistan tərəfi razılığa müsbət yanaşsın”.
Siyasi ekspert qeyd edib ki, Ermənistan tərəfinin imkanlarının azalmasına diqqət etmək lazımdır:
“Türkiyə ilə sərhəd bağlıdır, Azərbaycan tərəfi ilə hələ münasibətləri nizamlanmayıb, İranla olan əlaqə yollarının bir hissəsi (Zəngilan, Füzuli, Cəbrayıl) İkinci Qarabağ müharibəsindən sonra kəsilib. Digər əlaqə yolu kimi Zəngəzur qaldı. Gorus-Qafan yoluna nəzarəti ələ keçirmək isə bu əlaqə vasitəsini daha da daraltdı. Yəni artıq İrandan gələn nəqliyyat vasitələrinə də nəzarət etmək mümkündür".
Ekspert xatırladıb ki, Ermənistanın bircə Gürcüstanla əlaqəsi qalıb: "Belə çətin şəraitdə, blokadada qalan dövlətin seçimləri məhduddur. Moskva görüşündə çox güman ki, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər müzakirə ediləcək”.
E. Vəliyev ehtimal edir ki, Zəngəzur dəhlizinin açılması yönündə müsbət addımlar atılacaq, yaxın müddətdə Laçın şəhəri (2 il ətrafı) geri qaytarılacaq, bölgədə kommunikasiya sistemi bərpa olunacaq, Ermənistan tərəfi Türkiyə ilə də “buzları” əritməyə səy göstərəcək./reyting.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















