Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanın cavabı çox ağır olacaq...” – Deputat Gorus-Qafan yolunun bağlanma səbəbindən danışdı

Tarix: 27-08-2021 12:55     Baxış: 4193 A- / A+
“Azərbaycanın cavabı çox ağır olacaq...” – Deputat Gorus-Qafan yolunun bağlanma səbəbindən danışdı


"Ermənistan Azərbaycan əsgərinə hücum edərək, sərhəddə təxribat törədirsə, unutmamalıdır ki, bunun cavabı çox ağır olacaq".

Manevr.az
bildirir ki, bu sözləri sfera.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Millət vəkili Gorus-Qafan yolunun Azərbaycan hərbçiləri tərəfindən bağlanmasına da aydınlıq gətirib:

"Azərbaycanın Gorus-Qafan yolunda gördüyü işlər beynəlxalq qanuna uyğundur. Ermənistan iki ölkənin sərhəddində müxtəlif təxribatlar törədir. Elə bir neçə gün bundan öncə hücum edərək, iki əsgərimizə ağır xəsarət yetirməsi buna nümunədir. Aydın məsələdir ki, bu təxribatların cavabı olacaq. Bu baxımdan da Gorus-Qafan yolu bağlanıb. Azərbaycan böyük güzəşt edərək Ermənistana lazımı sənədlər hələ hazır olmamış, erməni texnikasının sərhəddən keçirilməsi üçün şərait yaradır. Yerevanın cavabı isə hücum və təxribatlardır. Bunun müqabilində Azərbaycanın cavabı çox ağır olacaq. Ermənistan hələ dərk etmir ki, onun yaşamı Azərbaycandan asılıdır. Yəni, Ermənistanın yaşam səviyyəsi Azərbaycanla münasibətlər və Zəngəzur dəhlizinin açılması ilə əlaqəlidir".

Deputat Ermənistanın Azərbaycana müraciət etməli olduğunu bildirib:

"Hələ də Ermənistan çar Rusiyasında ona edilən güzəştlərin abu-havasında yaşayır, artıq ayılmaq vaxtı çatıb. Ermənistan indi xəritəni qarşısına qoyub, fikirləşməlidir. Düşünməlidir ki, dünyaya haradan çıxış edib, əhalisini nə ilə dolandıracaq? Artıq Sovet ittifaqı yoxdur. Bunu ona görə deyirəm ki, o vaxt Ermənistan SSRİ-yə verdiyi xidmətlərdən 10 qat daha çox qazanc əldə edirdi. İndi isə onlar öz qazancları ilə hərəkət etməyə məcburdur. İranın hazırkı məqamda kimə müraciət etməsi şəxsi işidir. Lakin müraciət üçün ölkə axtarırsa, elə Azərbaycana üz tutsun, çünki həll yolu Azərbaycandadır. Ümumilikdə isə Ermənistan Azərbaycana etdiklərinin iki qat ağır cavabını alacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar