Xəbər lenti 
					
 
		“Azərbaycan mütləq adekvat addım atmalıdır” – Əsir götürülən əsgər olayına reaksiya

"Sosial şəbəkələrdə ermənilər tərəfindən əsgərimizin əsir götrülməsi ilə bağlı videosüjet paylaşılıb. Qeyd edilir ki, Ağdərə ərazisində Azərbaycan əsgəri sərhəddi pozduğuna görə əsir götürülüb. Fikrimcə, öncə yayılan videosüjeti dəqiqləşdirmək lazımdır. Daha sonra isə adekvat addımlar atılmalıdır”.
Manevr.az bildirir ki, bunu sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, düşmən artıq həddini aşmağa başlayıb:
"Qarabağda sərhəd yoxdur və bütün Qarabağ Azərbaycanın suveren ərazisidir. 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərinə uyğun olaraq, erməni terrorçuları Qarabağ ərazisindən çıxarılmalıdır. Amma bu şərt hələ də rus "sülhməramlıları" tərəfindən təmin edilməyib.
Ermənistan tərəfi yavaş-yavaş müharibədən əvvəlki şəraiti təmin etməyə, tərəflər arasındakı gərginliyin daha da artırılmasına çalışır. Rusiya tərəfi isə bunu susqunluqla qarşılayır. Əgər ermənilər sözügedən hadisəni törədibsə, Azərbaycan tərəfi mütləq adekvat addım atmalıdır”.
S.Hümbətov bildirib ki, Ermənistanın bu dərəcədə azğınlaşmasının arxasında duranlar regionda sülhün və əmin-amanlığın olmasının tərəfdarı olmayan qüvvələrdir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 














