Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın dəhlizi bağlanır? - Ermənilər arasında böyük panika

Tarix: 24-08-2021 16:16     Baxış: 4151 A- / A+
Laçın dəhlizi bağlanır? - Ermənilər arasında böyük panika

Dağlıq Qarabağda bölgəni Ermənistan bağlayan yeganə yolun - Laçın dəhlizinin tezliklə bağlanacağı təlaşı hökm sürür. Son günlər bu təlaşın güclənməsi İrəvandakı erməni siyasətçiləri və ictimai fəallarını hərəkətə gətirib.

Manevr.az
yenisabah.az-a istinadən xəbər verir ki, aqibətləri barədə qeyri-müəyyənliyə qapılmış təkcə Qarabağ erməniləri deyil. Amma talelərindən daha çox bədgüman olan məhz separatçıların əsarətində olan kəsimdir.

Laçın dəhlizinin bağlanacağı təlaşı xüsusilə sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Bir sıra erməni siyasi fəalları, o cümlədən Nairi Hoxikyan qan qardaşlarını "Artsax"ı Ermənistanla birləşdirən yeganə yolla bağlı təlaşa düşməməyə çağırır. Amma özü də etiraf edir ki, "vahimə böyük sürətlə yayılır".

""Artsax"dan onlarla məktub alıram, insanlar qorxur və onlara nə olacağını soruşurlar. Əziz "Artsax" vətəndaşları, bu, azərbaycanlıların başqa bir təxribatıdır, məqsədi insanlar arasında çaxnaşma yaratmaq, onları mühacirət etməyə məcbur etməkdir. Bu cəfəngiyatlara inanmayın. "Artsax" heç vaxt ana Ermənistanın torpaq əlaqəsindən məhrum olmayacaq", - deyən Nairi Hoxikyan nə qədər təsəlli versə də, inandırıcı dəlil gətirə bilmir.

Qeyd edək ki, oxşar təlaş Ermənistanın özündə daha güclüdür. Son bir neçə gündə Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd Tavuş bölgəsində bəzi kəndlərin köçürüləcəyi eyni vahimə doğurub.

Tavuş rəsmilərinin özü gələcək demilitasiya və demarkasiya ilə əlaqədar köç anonsunu verib. Bundan sonra narazılıqların böyüyərək siyasi rəng almasından ehtiyatlanaraq təskinləşdirici açıqlamalar veriblər.

Ermənistan mediası ilk və son açıqlamaları tutuşduraraq rəsmilərdən birmənalı bəyanat verilməsi tələbi qoysa da, nə əyalət səlahiyyətliləri, nə də Nikol Paşinyan hökuməti ictimai fikrə baş verənlər və gələcək barədə aydın, şəffaf izahat vermir.

Sözün düzü, İrəvanda yalnız hansısa razılaşmalar barədə üstüörtülü eyhamlar var, cəmiyyətdə Azərbaycana "yeni güzəşt" kabusu və hakimiyyətin təslimçi kimi damğalanması mühiti hakimdir. Bu da onu isbatlayır ki, bütövlükdə erməni cəmiyyəti baş verənləri hələ tam qavramayıb, ya da qavramaqda acizdir.

10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın tələbləri sanki tarixi fakt yox, adətkərdə erməni yalanıdır.

Sərhədlərin demilitasiya və demarkasiyası Ermənistan tərəfindən nə qədər uzadılsa da, gec-tez tamamlanacaq, rus sülhməramlılarının 5 illik möhləti də bəlli tarixdə bitəcək, İrəvanın üzərinə düşən digər öhdəliklərin də yerinə yetirilməsi yalnız öz xeyrinədir - aqibətləri daha tez bəlli olar - Ermənistana və erməni xalqına nəsə vəd edən gələcək...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar