Xəbər lenti 
					
 
		Arşakyan: Bu ərazilər veriləcək, sakinlər bilir - Video

Ermənistan və erməni xalqına artıq heç nə kömək edə bilməyəcək.
Manevr.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.
"Hazırda Ermənistan cəmiyyətində ailə qurmaq, hətta dünyaya uşaq gətirmək istəyən gənclər yoxdur. Bizim hakimiyyət isə 3 uşağa görə 100 dollar söz verir. Bu, gülməlidir. Ümumiyyətlə, indi bizim gəncləri nə nikah, nə ailə, nə də uşaq düşündürür. Onları yalnız tezliklə Ermənistandan qaçıb getmək düşündürür.
Son 4 ay ərzində tanıdığım onlarla ailə Ermənistanı tərk edib. Cavan oğlanlar və qızlar... Azərbaycanla sərhəddə olan bütöv kəndlərimiz boşalıb. Oranın sakinləri qaçıb Rusiyaya gediblər. Gənc ermənilər Rusiyada öz ailələrini quracaqlar. Ermənistanda iş, heç bir perspektiv yoxdur. Gənclər buradan başlarını götürüb qaçırlar. Hökumət isə yaxın illər üçün Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması strategiyasından danışır. Bu, absurddur", - deyə ekspert qeyd edib.
O, həmçinin Azərbaycanla həmsərhəd olan erməni kəndlərinin praktiki olaraq boş qaldığına dair sübutlar da təqdim edir:
"Hamı evlərini qoyub çıxıb gedir. İnsanlar istəmirlər ki, oğulları müharibədə həlak olsunlar. Bu kəndlərin sakinləri bizdən çox şey bilirlər və onlar başa düşürlər ki, bütün bu ərazilər Azərbaycan tərəfinə veriləcək"./axar.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















