Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəbhə rayonlarında SON DURUM

Tarix: 01-03-2017 17:09     Baxış: 4507 A- / A+
Cəbhə rayonlarında


"Cəbhə bölgəsində ötən gecə vəziyyət nisbətən sakit keçib".

Manevr.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri əraziyə nəzarət edir: "Düşmən mövqeləri müşahidə edilir. Əhali öz evlərindədir, normal həyat tərzi davam edir".

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə bildirib ki, hazırda rayonun düşmənlə təmas xəttində yerləşən ərazisində vəziyyət normaldır: "Hazırda sakitlikdir, Azərbaycan Ordusu düşmən mövqelərini nəzarətdə saxlayır".

Tərtər Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, hazırda rayonun təmas xəttində sakitlikdir: "Həyat öz axarı ilə davam edir, əhali gündəlik işi ilə məşğuldur".

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Trend-ə bildirib ki, rayonun cəbhə xəttində yerləşən hissəsi Cocuq Mərcanlı kəndinin ərazisinə düşür.

İcra başçısı bildirib ki, hazırda kənddə tam sakitçilikdir, kəndin bərpası işləri davam etdirilir, tikinti işləri aparılır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin 25 fevralda yaydığı məlumatda bildirilirdi ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var. İrəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları hər gün davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar