Xəbər lenti
Qarabağa daşınan erməni əsgərlər: Lavrovun zəngindən sonra Moskvaya verilən mesaj - TƏHLİL

Ermənistandan Qarabağa yenidən əsgər daşındığı haqda məlumatlar yayılıb: 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyət rus sülhməramlılarının nəzarət etdiyi bölgələrə daşınır, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobillərlə Qarabağa keçir (Caliber.az);
Bu, məlum məsələdir, müharibədən sonra rus sülhməramlılarının şərait yaratması ilə Ermənistandan Qarabağa əsgər daşınıb. Proses ötən ilin noyabr-dekabr ayında keçirilən antiterror əməliyyatından sonra bir qədər səngidi. İndi yenidən aktivləşmə var və bu, Ermənistanın atacağı addımlardan da xəbər verir:
- 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasına qarşı çıxacaqlar;
- Sərhədlərin delimitasiyası prosesinin qarşısını almaq məqsədilə Qarabağda ikinci təxribat cəbhəsini açacaqlar;
Burada diqqətçəkən əsas məqam sülhməramlıların missiyasını yerinə yetirmədiyini təsdiq edən informasiyanın indi – Lavrovun Bakıya zəngindən sonra yayılmasıdır:
1. Lavrov-Bayramov danışıqları ürəkaçan olmayıb: Zəngin Stanislav Zasın İrəvanda KTMT-nin sərhəd məsələsinə müdaxilə mexanizmlərini müzakirə etdiyi vaxt edilməsi də Moskvanın “yeni təkliflər” irəli sürdüyü ehtimalını önə çıxarır;
2. Bayramov üçtərəfli razılaşmaların icrası, xüsusilə erməni qoşunların çıxarılmasını nəzərdə tutun 10 noyabr bəyanatının 4-cü bəndi ilə bağlı Lavrovdan lazımi cavab almayıb;
Və bununla Bakı Moskvaya “rus sülhməramlıları bölgədə misiyasını yerinə yetirə bilmir” mesajını ötürür:
- Rusiya erməni qoşunlarının çıxarılması şərtini yerinə yetirmək əvəzinə, yeni əsgərlərin gəlişinə şərait yaradır;
- Bakının əsas istəklərindən biri Türkiyənin sülhməramlı kontingentində fəaliyyətinin genişləndirilməsidir və Əliyev-Putin görüşündə bu məsələnin qaldırıldığı versiyasını yazmışdıq: görünür, cavab müsbət olmayıb;
- İstəyimizə nail olmaq üçün bu informasiya ilə antiterror əməliyyatı variantı gündəmə gətirilir: ötən il olduğu kimi, yenidən kiçikçaplı əməliyyatın keçirilməsi də istisna deyil;
Asif Nərimanlı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































