Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Biz ayrılmayacaqdıq...

Tarix: 01-08-2021 22:09     Baxış: 3373 A- / A+
Biz ayrılmayacaqdıq...


“Sizə pislik etmiş bir düşməni bağışlayın, ancaq ölkənizə və millətinizə zərər verənləri heç vaxt bağışlamayın.”
Hz.Əli

Yusif və Günay 11 il eyni sinifdə oxuyublar. Bir-birlərini sevib-seçiblər. 2019-cu ilin iyunun 16-da isə ailə qurub bir ömür ayrılmayacaqlarına söz veriblər. Bu gözəl izdivacdan Aqşin adında oğulları dünyaya gəlib.

Nağıyev Yusif Bərxudar oğlu 1 yanvar 1996-cı ildə Bərdə rayonunun Əyricə kəndində anadan olub. 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb və həmin ilin aprel ayından etibarən XTQ-də xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində böyük qəhrəmanlıqla döyüşüb.

Vətən müharibəsi başlayanda Yusif Nağıyev Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olub. Hadrut istiqamətində gedən döyüşlərdə yüksəklikləri tam ələ keçirilməsi üçün döyüş yoldaşları ilə birlikdə düşmənə ağır zərbələr vuraraq erməni mövqelərini darmadağın edib.

21 oktyabr 2020-ci ildə Xocavənd döyüşlərinin birində şəhidlik zirvəsinə ucalıb. 23 oktyabrda şəhidimizi doğulduğu Əyricə kəndində dəfn olunub.

Yusif şəhid olanda oğlu beş aylıq körpəydi. Ömür-gün yoldaşı Günay Yusifdən danışanda sözlər boğazında düyümlənir. Hələ də onun yoxluğuna inanmır: “Gözlərim yoldadı, elə bilirəm nə vaxtsa qayıdacaq. Axı biz ayrılmayacaqdıq..”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yusif Nağıyev ölümündən sonra bir sıra orden və medallarla təltif edilib:
Biz ayrılmayacaqdıq...

“Rəşadət” ordeni, “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı.

Türk oğlu qədər Allahını sevən,Vətən üçün canını verən fədakar millət yoxdur. Qəhrəman oğullarımız 44 günlük Vətən savaşında dünyaya Azərbaycanımızın gücünü göstədi.

Allah şəhidlərimizə rəhmət eləsin və sevənlərinə səbr versin.

Mənsurə Eldar XƏLƏFBƏYLİ
Manevr.az
Biz ayrılmayacaqdıq...
Biz ayrılmayacaqdıq...
Biz ayrılmayacaqdıq...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar