Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Növbəti mərhələdə bu ərazilərin mina xəritələri alına bilər

Tarix: 27-07-2021 22:40     Baxış: 4150 A- / A+
Növbəti mərhələdə bu ərazilərin mina xəritələri alına bilər


Azərbaycanla Ermənistan arasında Qarabağda basdırılmış mina xəritələri ilə bağlı danışıqlar davam edir. Bu barədə erməni KİV-ləri məlumat yayıb. İddia olunur ki, 23-31 avqust tarixlərində Bakı ilə Yerevan sayca üçüncü dəfə mina xəritələrinə dair razılıq əldə edəcək.

Belə ki, daha 15 diversantın qaytarılması qarşılığında rəsmi Yerevanın mina xəritələrinin basdırıldığı ərazilərin yeni siyahısını Azərbaycana təqdim edəcəyi deyilir.

Bu dəfə Azərbaycana azad olunmuş hansı ərazilərin mina xəritələri veriləcək

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlamasında bildirib ki, ermənilər mina xəritlərinin verilməsini alverə çeviriblər:

"Minalarla bağlı konvensiya tələblərinə əsasən münaqişədən sonra hər iki tərəf özlərinin yerləşdirdiyi minaları təmizləyib, əraziləri bir-birinə təhvil verməlidir. Çox təəssüf ki, Ermənistan heç bir konvensiya tanımır və beynəlxalq hüquq normalarını pozur. Təbii ki, onlardan belə bir addım atmasını gözləmək olmaz. Ermənilər mina xəritələrinin verilməsini alver predmetinə çeviriblər. Xəritələrin əvəzinə nə isə istəyir, hansısa şərt qoymağa çalışırlar.

Sözsüz ki, Azərbaycan tərəfi mina xəritələrinin əldə olunmasına maraqlıdır. Çünki minalı ərazilərin xəritəsinin bizdə olması infrastrukturun bərpasının sürətlənməsinə xidmət edir”.

Ş.Ramaldanov hesab edir ki, xəritələrin verilməsi mərhələli olacaqsa, Azərbaycan ilk növbədə yol şəbəkələrinin və logistik xətlər gedən ərazilərin mina xəritələrini tələb edəcək:

"Biz bilirik ki, İkinci Dünya Müharibəsindən indiyə kimi ərazilərdə qazıntı işləri aparılan zaman partlayıcı maddələr tapılır. Mən düşünürəm ki, mina xəritələrinin verilməsi bir müddət çəkəcək. Ancaq Azərbaycan dövlətinin səyi nəticəsində ölkəmizə son model minatəmizləmə texnikaları gətirilib.

Hesab edirəm ki, əgər mina xəritələrinin verilməsi mərhələ forması daşıyacaqsa, birinci növbədə yol şəbəkələri və logistik xətlər olan yolların mina xəritələri istəniləcək. Görülən işlər onu göstərir ki, Şuşaya və Füzulidən cənuba gedən yol strukturunun xəritələri tələb olunacaq. Sadəcə biz o xəritələrin nə qədər düzgün olduğuna zəmanət verə bilmirik”. (modern.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar