Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bloqer Rusiya pasportu ilə Qarabağa buraxıldı - Video

Tarix: 26-07-2021 22:20     Baxış: 4165 A- / A+
Bloqer Rusiya pasportu ilə Qarabağa buraxıldı - Video

Rus bloqer Sergey Vasilyev öz dostu ilə Rusiya pasportu ilə Qarabağa keçə bilib.

Manevr.az xəbər verir ki, o, dostu ilə həyata keçirdiyi səfərini əvvəldən sona qədər lentə alıb və öz yutub kanalında yerləşdirib.

Vasilyev yol boyu ermənilərlə söhbət apararaq Qarabağa kimlərin buraxıldığını soruşub. O bildirib ki, rus sülhməramlıların olduğu ilk yoxlanış məntəqəsinə çatdıqda Rusiya şəxsiyyət vəsiqəsi ilə buraxılacağını düşünmürdü. Lakin ona heç bir problem yaratmadan buraxıblar. Daha sonra səfərini davam etdirən S. Vasilyev ikinci məntəqəyə çatdıqda onlara xaricilərin buraxılmadığını desələr də, sonradan buraxıblar.

Bloqerin lentə aldığı kadrlardan bir erməninin maşınında Şuşa şəhərinə qədər gəldiyini, daha sonradan Xankəndinə getdiyini görmək mümkündür.

O, rus sülhməramlıların olduğu bütün məntəqələrdən keçdiyini və Xankəndinə qədər gəldiyini deyir. Bütün video boyu rus bloqer Qarabağda sərbəst şəkildə hərəkət edir.

Qeyd edək ki, 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Xatırladaq ki, MDB vətəndaşlarının Qarabağa buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi istiqamətdən olmalıdır. Laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridor rolunu oynayır./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar