Xəbər lenti 
					
 
		Azad olunmuş ərazilərdə tikiləcək tunellər - Ən böyüyü Kəlbəcərdə olacaq

"İşğaldan azad olunmuş ərazilərdə tikiləcək tunellərin ümumi uzunluğu təxminən 70 kilometr olacaq. Layihələndirmə işləri tikinti ilə paralel aparıldığına görə, bu rəqəm artıb-azala bilər”.
Manevr.az bildirir ki, bunu modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolunda 7 tunelin tikintisi nəzərdə tutulub.
"Bu yolda tikiləcək tunelin ən böyüyünün uzunluğu 3,3 kilometr (km) olacaq. Ümumilikdə isə ən böyük tunel Kəlbəcər yolunda Murovdağ silsiləsinin altından keçməklə inşa ediləcək. Bu tunelin uzunluğu 11,7 km olacaq.
Bundan əlavə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunda 3 tunelin tikintisi nəzərdə tutulub ki, onların da uzunluğu 3,4 kilometr nəzərdə tutulub. Toğanalı-Kəlbəcər-İstisu yolunda 3 tunelin inşası planlaşdırılır. Gələcəkdə çəkiləcək Kəlbəcər-Laçın yolunda isə ilkin olaraq 3 tunelin tikintisi nəzərdə tutulub”.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















