Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

ANAMA: “Cocuq Mərcanlı dəmiryolu boyunca 1360 mina zərərsizləşdirilib”

Tarix: 22-07-2021 15:38     Baxış: 4230 A- / A+
ANAMA: “Cocuq Mərcanlı dəmiryolu boyunca 1360 mina zərərsizləşdirilib”

Bu ilin yanvar ayından etibarən aparılan minatəmizləmə işləri nəticəsində Cocuq Mərcanlı dəmiryolu boyunca uzanan sahədə 1 360 mina zərərsizləşdirilib.

Manevr.az bildirir ki, bu barədə "report”a açıqlamasında ANAMA-nın nümayəndəsi Qabil Cəfərov məlumat verib.

Onun sözlərinə görə, hazırda ANAMA əməkdaşları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Mehdili kəndinədək uzanan və dəmiryolu xəttinin keçdiyi sahədə minatəmizləmə işləri aparırlar:

"Bu sahədə işlərə yanvarın 11-də start verilib. Sahələri bir-birinin ardınca təmizləməklə tədricən irəliləyirik. Problemlərdən biri əvvəllər buranın neytral ərazi olması ilə bağlıdır. Bu səbəbdən burada düz 15 mina zolağı yerləşir. Məqsəd dəmiryolunu və ondan 30 metr kənarlara olan ərazini minalardan təmizləməkdir. Burada həm piyada, həm də tank əleyhinə minalara rast gəlmişik. Demək olar ki, sahədə işlərin 90 faizini tamamlamışıq”.

Qeyd edək ki, işlər texnikanın və xüsusi təlim keçmiş itlərin köməkliyi, habelə əllə aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar