Xəbər lenti
VƏTƏN DEYƏN OĞULLAR....
Qazi Yalçın Məhəmməd oğlu Hüseynov 1974- cü il aprelin 22- də Ağdamın Nəmirli kəndində anadan olmuşdu.Anasını çox erkən itirən Yalçın ata himayəsində böyümüşdü.
Müharibə başlayanda könüllü olaraq ordu sıralarına yazılmış və ilk döyüş yolu Ağdamın Xaçınstroy kəndindən başlamışdı. O, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şirin Mirzəyevin başçılıq etdiyi batalyonda döyüşmüşdü. Ağdərə, Xocavənd, Kəlbəcər uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub. Dəfələrlə ölümlə burun-buruna gələn Yalçın qucağında can verən döyüş yoldaşlarından danışanda göz yaşlarını saxlaya bilmir:”Ağdamın Qarağaclı kəndi uğrunda gedən döyüşlərdə 17 əsgərimiz şəhid oldu. Fərruxdağ yüksəkliyini saxlamaq üçün də çox ağır itkilər verdik. Sanki erməni hər addımımızdan xəbərdar idi.
Ergi düzündə post qurmuşduq. Komandir:”Hamı maaşını alıb,sən də get al”, deyə mənə icazə verdi. Ağdamın Qullar kəndinə çatanda ratsiya ilə xəbər verdilər ki, posta hücum olub. Tez geri döndüm. 24 əsgərimiz şəhid edilmişdi.Əsgərlərin cibini soyub,əllərinə keçəni oğurlayıb aparmışdılar. Maaş aldığımızı kimsə ermənilərə xəbər vermişdi .”
Gizir Hüseynov Yalçın döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən naminə” medalı ilə təltif olunmuşdu. Evlidi. İki övladı var.
Cahangir Rəsul oğlu Xankişiyev 1972- ci il Yevlax rayonunun Qaramanlı kəndində anadan olmuşdu.Rusiyada həqiqi hərbi xidmətini başa vurmuşdu.Cahangir qazi Hüseynov Yalçının bacısı oğludur.1991-ci ildə könüllü olaraq cəbhəyə gedən Cahangir Kəlbəcər,Laçın uğrunda gedən ağır döyüşlərin iştirakçısı olmuşdu.1992- ci ildə Laçın uğrunda gedən döyüşlərin birində itkin düşmüşdü.Şahidlərin dediyinə görə onun olduğu tank düşmən tərəfindən mərmi atəşinə tutulmuş və nəticədə tank dərəyə yuvarlanmışdı. 28 ildi ki,Xankişiyev Cahangirdən heç bir məlumat yoxdur.Allah sevənlərinə səbr versin.
Mənsurə Edar XƏLƏFBƏYLİ
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar