Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Müdafiə Nazirliyinin Şuşadakı atışma ilə bağlı AÇIQLAMASI

Tarix: 15-07-2021 10:41     Baxış: 3244 A- / A+
Rusiya Müdafiə Nazirliyinin Şuşadakı atışma ilə bağlı AÇIQLAMASI


"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

Manevr.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı məlumatında deyilir.

Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər:

"Atəşkəs ümumiyyətlə bütün təmas xəttində müşahidə olunur.

Eyni zamanda, 13 iyul tarixində, saat 20.27-dən 20.53-dək, Şuşa şəhərinin şimal-qərbindəki ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edildi.

Hadisə, Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin səyləri ilə həll edildi. Hər iki tərəfin açıqlamalarına görə, atışma nəticəsində xəsarət alan olmayıb" - açıqlamada deyilir.
Məlumata görə, Rusiya sülhməramlıları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:

"Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa - Qırmızı Bazar - Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə".

Həmçinin bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:

"Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları bu gün Martuni (Xocavənd - red.) rayonunda 3 hektar ərazini təmizlədi.

23 noyabr 2020-ci ildən bəri 2.185 hektar ərazi, 657.3 km yol, 1.892 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25 677 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib".

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. (modern.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar