Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Moskva Şuşanı atəşə tutan erməni terrorçuları niyə qoruyur? - İkinci müəmmalı açıqlama

Tarix: 15-07-2021 10:10     Baxış: 3196 A- / A+
Moskva Şuşanı atəşə tutan erməni terrorçuları niyə qoruyur? - İkinci müəmmalı açıqlama


Rusiya Müdafiə Nazirliyi Şuşaya açılan atəşlə bağlı yaydığı məlumatda da iyulun 6-da baş verən təxribatla bağlı sərgilədiyi mövqeyini davam etdirib.

Məlumatda deyilir: “Şuşa şəhərinin şimal-qərbindəki ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edildi...Hər iki tərəfin açıqlamalarına görə, atışma nəticəsində xəsarət alan olmayıb”.

Moskvanın bu açıqlamasının konkret hədəfləri var:

- Qarabağdakı qanunsuz erməni silahlı qruplaşmalarını Ermənistan silahlı qüvvələrinin bölmələri kimi təqdim etməklə bu dəstələri legitimləşdirməyə çalışır;

- Ermənistanı tərəf kimi göstərməyə çalışır və bununla münaqişənin bitmədiyinə işarə vurur;

- Atəşkəsin pozulmadığını vurğulamaqla Qarabağda “təmas xətti”nin mövcudluğunu göstərmək istəyir;

Artıq ikinci dəfədir sərgilənən eyni motivli mövqe sübut edir ki, Rusiya üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını, xüsusilə 10 noyabr bəyanatının 4-cü bəndini – erməni qoşunların bölgədən çıxarılmasını yerinə yetirmək fikrində deyil. Bu, Qarabağda son günlər açılan silahların tətiyini basan barmağın da ruslara məxsus olduğunu təsdiqləyən ikinci haldır.

Mövcud vəziyyət və Rusiya MN-nin açıqlamaları fonunda erməni terrorçuların Qarabağda atəş açması ilə bağlı Azərbaycan tərəfindən yayılan informasiyaların mətnindəki yanlışlar da diqqət çəkir:

Birincisi, “atəşkəsin” pozulmasıdır. Bu, daha çox media tərəfindən qeyd olunur. “Atəşkəs” təmas xətində mövcud olur, Qarabağda təmas xətti yoxdursa, deməli “atəşkəs” də yoxdur.

İkincisi, “Azərbaycan Ordusunun mövqeləri” ifadəsidir. Bu, rəsmi qurumların yaydığı məlumatlarda qeyd olunur. “Azərbaycan Ordusunun mövqeləri” ifadəsi Ermənistan ordusunun da mövqelərinin olduğu, “təmas xətti”nin mövcudluğu deməkdir. Hərçənd, Dağlıq Qarabağ münaqişəsi bitib, heç bir təmas xətti, yaxud “atəşkəs” vəziyyəti yoxdur, Qarabağdakı erməni hərbi qüvvələr qanunsuz silahlı dəstələrdir və bu dəstələr “Azərbaycan ordusunun mövqelərinə” yox, Azərbaycan ordusuna qarşı təxribat hücumları edib.

Rusiya MN-nin artıq ikinci dəfədir yaydığı məlumatın mətnində yer alan ifadələrə görə Moskvadan cavab tələb etməli və buna paralel olaraq, ermənilər, eləcə də rusların sərgilədiyi mövqeyi dolayısı ilə təsdiqləyən öz yanlışımızı da düzəltməliyik.

Asif Nərimanlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar