Xəbər lenti
“Zəfər yolunda”n gələn soraq - KİTAB TƏQDİMATI -ŞƏKİL
Paytaxt Bakının yeddinci mikroroyonundakı tədris ocaqlarından birinin iclas zalında İkinci Qarabağ Müharibəsində Cəbrayıl rayonundan olan şəhidlərimizdən bəhs edən “Zəfər yolunda” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqidəlik sükutla yad edildikdən sonra Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov vətənin azadlığı və işğala məruz qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə canlarını vətən yolunda qurban verən 35 vətən övladının həyat və döyüş yollarına işıq salan “Zəfər yolunda” adlı kitabın şəhidlərimizə yönəlik ehtiram hissinin bariz nümunəsi olduğunu vurğulamış, işğaldan azad edilən Cəbrayıla qayıdışdan sonra da şəhid ailələrinin həmişə diqqət mərkəzində olacağını bildirmiş, cəmi şəhidlərimizə rəhmət diləmişdir.
Kitabın həmmüəllifi şair-publisist İsmayıl İmanzadə rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və mənəvi dəstəyi ilə qələmə alınan kitabda zəhmətləri olan Milli Məclisin üzvü Ceyhun Məmmədova, onun köməkçisi Rəşad Quliyevə, ön sözün müəllifi, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfliyə, “Xudafərin” qəzetinin baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevə və “Təknur” nəşriyyatının direktoru Ələkbər Məmmədova minnətdarlığını bildirmiş, vətənpərvərlik mözusunda yazdığı bir şeirini oxumuşdur. Kitabın həmmüəllifi, filalogiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı da çıxışında bundan sonrakı vaxtlarda da şəhid ailələrinə, onların qəhrəman övladlarına göstərilən ehtiram hissinin vacibliyindən söz aşmışdır.
Millət vəkili Ceyhun Məmmədov şəhid ailələri ilə müntəzəm olaraq görüşdüyünü, Vətənə qeyrətli oğullar bəxş edən ata və anaların qarşısında baş əydiyini dilə gətirmiş, düşmənlə döyüşlərdə şəhidlik zirvəsinə ucalan ərənlərimizin gələcək nəsillərə nümunə olduğunu vurğulamışdır.
Tədbirdə şəhid batalyon komandiri Ramiz Hacıyevin atası Nəriman kişi və şəhid Zamiq Rəhimovun atası Vahid Rəhimov, Şəhid ailələri və Müharibə Veteranları təşkilatının sədri Səbuhi Hüseynov, Müharibə Veteranları və Qaziləri Təşkilatının sədri İxtiyar Hüseynov, tanınmış rayon ziyalısı, müstəqilliyimizin əldə edilməsində önəmli sahibi olan Fuad Şəhriyaroğlu və Birinci Qarabağ Müharibəsi veteranı, tanınmış ziyalı Vaqif Əlisoy çıxışlarında şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, doğma ata ocaqlarına qayıdışla
ilgili arzularından bəhs etmiş, təqdimat mərasimi keçirilən kitabın ərsəyə gəlməsidə zəhməti olanlara razılıqlarını bildirmişlər.
Respublika Ağsaqqalları Şurası rayon şöbəsinin sədri, ehtiyatda olan polis polkovniki Vaqif Məhərrəmov öz həyatlarından keşməklə Vətənə oğulluq borclarını artıqlaması ilə qaytaran şəhidlərimizin parlaq xatirələrinin xalqımız və dövlətimiz üçün həmişə əziz olacağını bildirmiş, şəhdlərimizə rəhmət, qazilərimizə isə şəfa diləmişdir.
Birinci sinif şagirdi Nuray və şairə Elmira Turan şəhidlərə həsr etdikləri şeirlərini oxumuş, şəhid ailələrinə və tədbir iştirakçılarına “Zəfər yolunda” kitabı təqdim edilmiş, sonda şəhid ailələri və mərasim iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar