Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın şəhərindən yan keçəcək yeni “dəhliz”lə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 12-07-2021 21:00     Baxış: 4238 A- / A+
Laçın şəhərindən yan keçəcək yeni “dəhliz”lə bağlı RƏSMİ AÇIQLAMA

“Bu barədə hələlik əlimizdə heç bir rəsmi məlumat yoxdur. Laçın şəhərindən yan keçəcək yeni “dəhliz” yolunun inşası haqda rəsmi məlumat olduqda ictimaiyyətə açıqlanacaq”.

Manevr.az xəbər verir ki, bunu hazırda Rusiyanın rəsmən sülhməramlı missiyalı hərbi kontingentinin nəzarətində qalan Laçın şəhərindən, eləcə də bir neçə kəndimizdən yan ötəcək yeni “dəhliz” yolunun inşasına başlanılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərlə bağlı Moderator.az-ın sualına cavabında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli söyləyib.

“Hazırda işğaldan azad olunmuş torpaqlarımızda tikintisinə rəsmən başlanmış digər yolların çəkilişi isə davam edir” - deyə şöbə rəisi əlavə edib.

Qeyd edək ki, bəhs edilən mövzuda sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərdən belə çıxır ki, yeni “Laçın dəhlizi” yolunun Laçın-Şuşa yolunun yaxınlığındakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri - Qayğı qəsəbəsi - Həkəri çayı - Ermənistanın Kornidzor(Gorunzur) kəndi marşrutuyluyla çəkilir.

Xatırladaq ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun azad edilməsi ilə bağlı xalqa müraciətində sözügedən yolun daha qısa müddətdə çəkilə biləcəyini vurğulayıb.

Dövlət başçısının müraciətindən həmin sitatı bir daha nəzərinizə çatdırırıq:

“İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - üç il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik” - deyə Prezident bildirib.

İlham Əliyev vurğulayıb ki, yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq:

“Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar