Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəbhədəki gərginliyin səbəbi açıqlandı - Hədəf Nərgiz təpədir

Tarix: 25-02-2017 14:30     Baxış: 5445 A- / A+
Cəbhədəki gərginliyin səbəbi açıqlandı


"Ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsi və hücuma keçməsində məqsəd ötən ilin aprelinə itirdiklərinin qisasını almaqdır. Bizdə olan məlumatlara görə də hazırda cəbhədə artilleriya döyüşü gedir. Amma ermənilər yerinə otuzdurulub, onlara lazımi cavab zərbəsi endirilib"

Manevr.az xəbər verir ki, bu barədə milli.az-a cəbhədə son günlər, xüsusən də dünən və bu gün baş verən insidentləri şərh edən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib.

Ermənilərin niyə məhz Xocavənd-Füzuli istiqamətində hücuma keçməsinə gəlincə, hərbi ekspert bildirib ki, məqsəd oradakı böyük əraziyə nəzarət etməyə imkan verən strateji yüksəklikləri ələ keçirməkdir: "Ermənilərin ardıcıl təxribatlar törətməsində məqsədləri odur ki, Lələ təpənin, Talışın qisasını alsınlar. Onlar Talış kəndi, eyni zamanda da Lələ təpə istiqamətində bir neçə dəfə hücum edərək Azərbaycan Ordusunun azad etdiyi torpaqları geri almağa cəhdlər ediblər. Amma alınmayıb. Ona görə də indi istiqaməti dəyişiblər. Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Nərgiz təpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərlər".

Amma polkovnikin fikrincə, döyüşlər uzun müddət davam etməyəcək: "Məncə, hegemon dövlət bunun uzun müddətli olmasına imkan verməyəcək. Əslində, bütün bu məsələlərin arxasında Rusiya durur. Elə ona görə də, ilk növbədə, Rusiya döyüşləri uzun müddət davam etməyə qoymayacaq".

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar