Xəbər lenti
Qarabağa süni köç: İrəvan saman çöpündən yapışıb

44 günlük Vətən Müharibəsinin başa çatdığı gündən bəri Ermənistandan Qarabağa, rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərə köç prosesi səngimir.
Ermənistan mediası bildirir ki, ötən ilin noyabrın 10-dan bəri artıq 76 erməni ailəsi Xankəndində yerləşdirilib.
Bu isə 376 erməninin Qarabağda yerləşdirilməsi, bölgədəki demoqrafik vəziyyəti süni şəkildə dəyişdirilməsinə göstərilən cəhddir.
Ötən ay Ermənistandan Xankəndinə 8 erməni ailəsi gətirilib və məskunlaşdırılıb.
Daha 10 ailənin isə köçürülməsinə hazırlıq işləri aparılır.
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbərliyinin rəsmi açıqlamasına görə, ötən ilin noyabrın 14-dən bəri Qarabağa 52,7 min erməni qayıdıb.
Xankəndidəki xuntanın rəhbəri, Azərbaycanın beynəlxalq axtarışa verdiyi, məhz rusiyalı sülhməramlıların sayəsində hələ də azadlıqda olan Araik Arutyunyan isə bir müddət əvvəl Qarabağda cəmi 34800 erməninin qaldığını bəyan etmişdi.
Ümumiyyətlə, Qarabağ münaqişəsi başlayandan bəri 28 il işğal altında qalmış bölgələrimizdə 30 mindən artıq erməni məskunlaşdırılmışdı.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar