Xəbər lenti 
					
 
		Rus qüvvələri Azərbaycandadır, müzakirə edəcəyik - NATO

Bölgədə təhlükəsizliklə bağlı vəziyyət əsaslı şəkildə dəyişib.
Manevr.az xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci kanalına müsahibəsində deyib.
O, Gürcüstana Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşmada oynadığı çox mühüm rola görə minnətdarlıq bildirib: "Bu, Gürcüstanın regional təhlükəsizliyə verdiyi töhfənin nə qədər önəmli olduğunu göstərdi”.
NATO rəsmisi qeyd edib ki, Qarabağ müharibəsindən sonra Gürcüstan ətrafında Rusiya hərbi qüvvələrinin sayı artıb:
"Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var. Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.
Qeyd edək ki, C.Appaturay Gürcüstanda səfərdədir.(report)
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















