Xəbər lenti 
					
 
		Arayik etiraf etdi: Qarabağda cəmi 35 min erməni var

Ermənistandakı növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın qərargahında olduğu üçün Xankəndidə etirazla qarşılaşan separatçıların başçısı Arayik Arutyunyan iyunun 22-də özü də bilmədən ciddi bir faktı etiraf edib.
Xankəndidən Nikol Paşinyanın Yerevandakı qərargahına getməsinin səbəblərini izah etməyə çalışan Arayik Qarabağdakı erməniləırin Ermənistana möhtac olduqlarını deyib.
"Ermənistanla əlaqələr qurmadan 35 min "vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” deyən separatçıların başçısı bununla Paşinyana dəstəyini izah etməyə çalışıb.
Bununla da Arayik Arutyunyan hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə 35 min erməninin yaşadığını etiraf edib.
Halbuki, Rusiya Müdafiə Nazirliyi və separatçıların daha əvvəl yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilirdi.
Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə 52700 erməninin Qarabağa qaytarıldığını bildirmişdi.
Xankəndidəki separatçılar və rəsmi Yerevan isə hətta bir qədər də irəli gedərək, 105 min erməninin Qarabağa qayıtdığını iddia edirdi.
Arayik Arutunyan 35 min rəqəmini səsləndirməklə həm Rusiya Müdafiə Nazirliyinin, həm də rəsmi Yerevanın yalanını ifşa edib. /modern.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















