Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan vikipediyasının qondarma “DQR” “dramı” - BİABIRÇILIQ

Tarix: 22-06-2021 14:27     Baxış: 2378 A- / A+
Azərbaycan vikipediyasının qondarma “DQR” “dramı”  - BİABIRÇILIQ

Vikipediya -internetdə sərbəst yayımlanan, könüllü istifadəçilərin viki texnologiyaları (“sürətli düzəliş”, “canlı sənədlər texnologiyaları”) yolu ilə bilgilərini paylaşdığı onlayn ensiklopediyadır.
Viki” sözünün ingilis dilindəki “what i now is” (“mən nə bilirəm”) ifadəsinin birinci hərflərindən əmələ gəldiyi güman edilir. 2009-cu ilin araşdırması ingilis dilində olan vikipediyanı ən çox oxunan internet saytları arasında 1-ci yerə çıxarıb. Qeyri-hökumət təşkilatı olan Vikimedia Fondunun yaratdığı virtual ensiklopediyanın başlıca ayrıntısı açıq olması , yəni istənilən istifadəçinin onu redaktə edə bilməsidir. Amma bu açıqlıq şişirtməyə, neytrallığı pozmağa haqq vermir. Kimin haqlı olmasını “vikipediya məhkəməsi” bəlirləyir. Yeri gəlmişkən, Dağlıq Qarabağ ilə bağlı “viki savaş”da azərbaycanlı Təbib Hüseynovun erməni rəqiblərini yenməsi “viki məhkəmə” qərarı ilə doğrulanıb. Amma içimizdəki düşmən (başqa söz tapa bilmirik) Qarabağ davasını üz-üzə savaş meydanından yayındırmaqla, ərazi bütövlüyümüzə təxribat törədir.
Azərbaycan vikipediyasının qondarma “DQR” “dramı”  - BİABIRÇILIQ

Azərbaycan dilindəki vikipediyanın “Ermənistan dramı” məqaləsində, görün, nə yazılıb? “ERMƏNİSTANIN VƏ DAĞLIQ QARABAĞ RESPUBLİKASININ MİLLİ PUL VAHİDİDİR”. Dəhşətli təxribata baxın, “öz” vikipediyamız dünyaya paylaşır ki, dram “gorbagor respublika”nın “milli pul vahididir”! (?) Bizə düşmən gərəkir? Biz bunu redaktə edib “Dağlıq Qarabağ Respublikası” ifadəsini sildik. Ancaq kim zəmanət verə bilər ki, yenidən içimizdəki düşmən (lər) redaktə aparıb, qondarmalığı bərpa etməyəcək? Hələ biz ingilis dilində olan vikipediya məqaləsinin dilimizə çevrilərək “dramın Ermənistanın və qonşu Artsax (?-M.B.) Respublikasının pul vahidi” olması haqqında təxribatını demirik! Rus, ingilis vikipediya haqsızlıqlarını bir qırağa qoymağa da haqqımız yoxdur, amma axı, özümüz öz dilimizdə özümüzə “gorbagor” quyusu qazırıq” ? Düşünmək olar ki, bu təxribatı azərbaycandilli ermənilər edir, lakin bu düşüncə bizə başucalığı gətirmir . Hakerlərimiz Ermənistanın hökumət portalını azərbaycan dilində “danışmağa” məcbur edirsə, öz dilimizdəki sayt niyə açıq erməni təxribatı yaratmalıdır? Düşünürük ki, bizim diqqətsizliyimizdən yararlanılır.

Fikrimizcə, sayıqlığı bir an belə itirmək olmaz və sözügedən təxribatı törədənləri müvafiq dövlət qurumları bəlirləyib, haqqımıza girənlərin dərsini verməyə borcludur.

Məğrur Bədəlsoy
Azərbaycan vikipediyasının qondarma “DQR” “dramı”  - BİABIRÇILIQ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar