Xəbər lenti 
					
 
		Ermənistanın müharibə itkiləri ilə bağlı son məlumat açıqlandı

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin ikinci Qarabağ müharibəsindəki itkilərlə bağlı son məlumatı açıqlayıb.
Manevr.az-ın məlumatına görə, bu barədə Ermənistan mediası xəbər verir.
Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayı 3 700 nəfəri ötüb. "Bugünkü günə olan məlumata əsasən müharibədə 3 705 nəfər həlak olub, daha 268 nəfər itkin düşüb”, - deyə baş nazir vəsifəsinin icraçısı seçkiqabağı kampaniya zamanı keçirilən debatda deyib. Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın müharibədəki itkilərinin sayının təxminən 4 000 nəfərə çatacağını deyib.
Ötən gün Xocavənddə aparılan axtarış işləri zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilən, lakin itkin düşmüş sayılan daha 3 hərbçisinin meyitinin qalıqları tapılıb. Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş sayılan hərbçilərinin sayı 1 579 nəfərə çatıb."report”
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















