Xəbər lenti
Qalan rayonların mina xəritələri də Azərbaycana veriləcək? - Hərbi ekspert
"Gələcəkdə digər rayonların minalanmış ərazilərinin xəritələrini də Azərbaycana verilməsi gözlənilir”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritəni Azərbaycan tərəfinə verməsindən danışarkən deyib. Onun sözlərinə görə, bir çox istiqamətlərdə çırpıntılardan sonra Ermənistan sonunda bu xəritələri Azərbaycana verməyə məcbur olub:
"Azərbaycan isə əvəzində 15 nəfər bizim üçün ağır cinayətlərdə əli olmayan erməninin geri qaytarılmasına razılıq verdi. Ermənistan tərəfinin Ağdam ərazisində basdırılan 97 min minanın yerləşdiyi əraziləri özündə əks etdirən xəritəni Azərbaycan tərəfinə verməsi, münaqişədən sonrakı müddətdə əldə etdiyimiz mühim bir addım kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, hər iki tərəf arasında və tam fərqli formatda, yəni Rusiya sülhməramlılarının deyil, Gürcüstan, ABŞ və Avropa İtttifaqının vasitəçiliyi ilə Gürcüstan-Ermənistan sərhədində baş tutan bu mübadilə prosesi gələcək birgə fəaliyyətlər üçün münbit etimad mühiti yaradır”.
Ekspert bildirib ki, Azərbaycan tərəfinin tək narahatlığı bu xəritələrlə bağlı deyil:
"Bu xəritələrin verilməməsini digər problemlərlə bir yerdə kompleks şəkildə toplasaq, Ermənistanın post-münaqişə dövründə götürdüyü öhdəliklərə 7 aydan uzun bir müddət ərzində əməl etmədiyini görərik. Bu məsələnin bir-iki ay içərisində razılaşdırılaraq Gürcüstan sərhədində həyata keçirilməsi, Ermənistanın başqa çıxış yolu olmadığını da nümayiş etdirir. Azərbaycan bu xəritələrin alınması üçün başqa təsir mexanizmlərinə də malik idi. Ermənistan tərəfinin mexanizmləri sadəcə hay-küy salıb, Avropa, ATƏT və digər ölkələri münaqişəyə cəlb etmək və onları sərhəd zonasına dəvət etməkdən ibarət idisə, Azərbaycan tərəfininsə kifayət qədər ciddi təsir mexanizmləri vardi. Lakin bunların heç birini Azərbaycan tərəfi tətbiq etmədi, tam əksinə, saxlanılan ermənilədən 15 nəfərini geri qaytarmaqla etimad mühitinin yaradılmasına üstünlük verdi”.
Qeyd edək ki, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar