Xəbər lenti
Hadrutu alacam, Şuşanı isə... - Koçaryandan İDDİA
Ermənistanın keçmiş prezidenti, hazırda seçkilərə "Ermənistan" (Hayastan) bloku ilə qatılan Robert Koçaryan seçicilərinə ağlasığmaz və revanşist vədlər verməkdə davam edir.
Manevr.az xəbər verir ki, Köçəryan Hadrutu yenidən "qaytaracağı"na (işğal edəcəyinə) böyük ölçüdə ümid etdiyini bildirib. Dilicanda seçicilərlə görüşdə Koçaryan iddia edib ki, Şuşanın da "qayıdacağına" "qismən inanır".
Onun arqumenti isə belədir: keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin "sərhədi"nin bərpası ilə bu, mümkündür.
Koçaryan deyib ki, bu proses iki il vaxt ala bilər: "Ancaq belə bir ciddi danışıqlar üçün müttəfiqlərlə əlaqələri bərpa etmək lazımdır. Bunun ardınca siz görəcəksiniz ki, bu məsələnin həlli mümkündür. Bu məsələni məndən yaxşı heç kim həll edə bilməz".
Koçaryan davamında Rusiyadakı erməni biznesmenlərlə danışıqlar apardığını, ermənilərin Qarabağa köçürülməsi üçün tikinti işləri görəcəyini də vəd edib. O bildirib ki, bu işə "Hayastan" fondundan 100 milyon dollar ayrıla və kəndlər böyüdülə, çoxsaylı evlər tikilə bilər.
Qeyd edək ki, Koçaryan revanşist iddialarla seçkiyə girib və yenə də xalqı uçuruma aparan vədlər verməklə məşğuldur. İşğalı davam etdirməyə çalışan Koçaryan yeni reallıqları qəbul etməməklə faktiki olaraq Ermənistanın bir dövlət kimi varlığını artıq sual altına alır. Çünki bu işğalçı ünsür hələ də Türkiyənin artıq regionda olduğunu, Azərbaycanın Qafqazın ən qüdrətli dövlətinə çevrildiyini və Rusiyanın Putinin simasında Bakı ilə ciddi müttəfiqlik əlaqələrinə malik olduğunu dərk etmir./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar