Xəbər lenti
Sarkisyanın azərbaycanlılar barədə etirafı
Ermənistan prezidenti Serj Sarkisyanın silahlı qüvvələrin rəhbər heyəti ilə görüşdə azərbaycanlılar barədə etdiyi bir etiraf erməni mətbuatında ciddi müzakirə olunur.
Manevr.az istipress-ə istinadən xəbər verir ki, "ArmenianReport"da dərc olunmuş məqalədə bildirilir ki, son 25 ildə ilk dəfə Ermənistan prezidenti etiraf edib ki, ölkəsinin problemləri azərbaycanlılarla bağlı deyil: "Bizim daxili problemləri türklər və azərbaycanlılar yaratmır. Bizim ölkənin idarə edilməsindəki qüsurların onlarla heç bir əlaqəsi yoxdur və səbəbkar onlar deyillər".
Məqalə müəllifi Tevos Arşakyan bu çıxışı heyrətamiz adlandırıb: "Son 25 ildə Ermənistanın əksər dövlət adamları bizim xalqın bütün bəlalarını azərbaycanlıların və türklərin boynuna yıxmağa alışıblar. Ermənistanda qaz bahadır? Bizi blokadaya salan azərbaycanlılar günahkardırlar. Ermənistanda hər şey bahadır? Sərhədləri bağlayıb ucuz mallarını bizə buraxmayan türklər günahkardırlar".
Məqalə müəllifi əslində bunun "Qarabağ klanının" hakimiyyəti əlində saxlamaq üçün qorxu vasitəsi olduğunu bildirir: "Yəni biz olmasaq, Azərbaycan və Türkiyə sadəcə Ermənistanı məhv edər". Müəllif buna görə erməniləri Serj Sarkisyana inanmamağa çağırıb və bunun növbəti seçki oyunu olduğunu vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar