Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Cocuq Mərcanlıda hərbi sursat tapıldı - FOTO

Tarix: 21-02-2017 19:57     Baxış: 2449 A- / A+
Cocuq Mərcanlıda hərbi sursat tapıldı


İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 3 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.

ANAMA-dan verilən məlumata görə, baxış zamanı 428 ədəd qəlpə, 6 ədəd partlamış ″Qrad″ raketinin mühərrik hissəsi və 1 ədəd partlamamış hərbi sursat (93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 113 133 kv.m ərazi (23 033 kv.m əl ilə, 12 100 kv.m mexaniki üsulla və 78 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

Məlumatda həmçinin qeyd olunur ki, 18 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 29 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar olunaraq zərərsizləşdirilib, 241 359 kv.m ərazi (78 259 kv.m ərazi əl ilə, 85 100 kv.m ərazi mexaniki üsulla və 78 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar