Xəbər lenti 
					
 
		Qarabağda qeydiyyata düşən abunəçilərin kodları belə olacaq - SİYAHI

“Azərişıq” ASC 44-günlük vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların azad edilmə tarixini qeyri-əhali qrupuna daxil olan abunəçi kodlarında əbədiləşdirib.
Manevr.az-ıın məlumatına görə, bu zaman abunəçi kodunun ilk seriyasından dərhal sonra həmin rayonun yaxud şəhərin azad edilmə tarixi (gün,ay və il) qeyd edilib. Hazırda bir neçə aydır istifadə edilən Şuşanın qeyri-əhali qrupu abunəçi kodları 58/081120 rəqəmləri ilə başlayır.
“Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bu addım azad edilmiş digər ərazilər üçün də atılıb: “Əgər həmin ərazilərdə elektrik enerjisi istehlak olunursa bu o deməkdir ki, həmin rayonlarda elektrik enerjisi sayğaclarından da istifadə edilir. Həmin sayğacların da sayğac bazasında qeydiyyata alınması üçün isə mütləq abunəçi kodu olmalıdır. Abunəçi kodu dediyimiz həmin qeydiyyat kodları artıq müəyyənləşib və azad edilmiş ərazilərdəki sayğaclar həmin kodlarla fəaliyyət göstərir”.
Beləliklə, azad edilmiş rayonlarda qeydiyyata düşən qeyri-əhali qrupu abunəçilərin kodları belə olacaq.
Laçın – 41/011220
Zəngilan – 64/201020
Qubadlı – 39/251020
Kəlbəcər – 32/251120
Xocavənd – 28/091020
Qeyri-əhali qrupu üçün 9 və 11 simvoldan ibarət kod müəyyən edilib. Hazırda həmin ərazilərdə obyektlərin kodlaşdırılması və qeydiyyatı davam etdirilir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















