Xəbər lenti
Vətən müharibəsi qazisi KOMAYA DÜŞDÜ - ŞƏKİL

Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Şahhüseyinov Fizuli oğlu müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.
Əsgər Şahhüseynov yaralandıqdan sonra döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb.
Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində müalicə alan qazi nitq və eşitmə qabliyyətini itirmişdi.
Məlumata görə, qazi ötən gün günorta saatlarında komaya düşüb.
Hazırda Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində həkimlər qazini həyata qaytarmaq üçün səy göstərirlər.
Allah qazimizə şəfa versin.
Foto: "İnteraz"

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































