Xəbər lenti 
					
 
		Ermənistan nədən əsgər cəsədlərini morqlarda saxlayır? – İlginc versiyalar

"Meyitlərin sahiblərinə qaytarılmamasının səbəblərindən biri Ermənistanda cəsədlərin identifikasiyası üçün gərəkən avadanlıqların məhdud sayda olmasıdır".
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Martuni şəhərindəki morqda Qarabağda hərbi əməliyyatlar zamanı ölən hərbçilərin meyitlərinin qalıqlarının soyuducularda saxlanılmasının səbəblərindən danışarkən deyib. Ekspert hesab edir ki, bu cəsədlərin bəziləri Ermənistana aid deyil:
"Bu barədə əvəllər də erməni mətbuatında iradlar səslənirdi. İkinci səbəb bu cəsədlər arasında bəzilərinin Ermənistana deyil, digər dövlətlərdən gələn və Qarabağda Azərbaycana qarşı savaşan muzduluların olması ilə əlaqəli ola bilər. Üçüncü versiya isə budur ki, Ermənistan tərəfi cəmiyyətin qınağına tuş gəlməmək məqsədi ilə cəsədləri həm birinci, həm də Aprel hadisələri zamanı olduğu kimi ikinci Qarabağ müharibəsindən sonra da mümkün qədər az-az, daha kiçik patiyalarla valdeyinlərinə çatdırırlar".

Ekspert bildirib ki, bu prosesdə hansısa tələb olunmayan cəsədlər var:
"Hansı ki valdeyinləri onları axtarmır və bu məqsədlə Ermənistan hakimiyyəti onu bir miqdar saxlayır. Bu da mümkündür. Yəni, meyitləri verəcək bir insan tapılmalıdır. Ümumilikdə isə Ermənistanın İranda, Azərbaycanda və ya digər yerlərdə axtardığı cəsədləri öz morqlarında axtarması daha məqsədəuyğun olar".
Qeyd edək ki, Martuni morqunun patoloqu Artaş Xaçatryan bildirib ki, Ermənistanın Geqarkunik vilayətinin Martuni şəhərindəki morqunda Qarabağda hərbi əməliyyatlar zamanı ölən hərbçilərin meyitlərinin qalıqları soyuduclarda saxlanılır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















