Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizi olsun, ya olmasın?

Tarix: 04-06-2021 08:48     Baxış: 4259 A- / A+
Zəngəzur dəhlizi olsun, ya olmasın?

Azərbaycan Ermənistanla sülh sazişini imzalamağa və sərhədlərin demarkasiyasına hazırdırmı?

Manevr.az-ın xəbərinə görə, bu mövzunu Turan agentliyinin "Çətin sual" proqramına şərh edən siyasi şərhçi Əhməd Əlili bildirib ki, bu proses Yerevanın səylərilə texniki məsələdən siyasi sövdələşmə obyektinə çevrilir.

Problem Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Zod filiz yatağı ərazisində azərbaycanlı sərhədçilərlə ermənilərin toqquşmasından sonra kəskinləşib.

Daha sonra münaqişə mayın ortalarında baş verib və Yerevan azərbaycanlı hərbçiləri Ermənistanın Sünik və Geqarkunik vilayətlərinin ərazisinə keçməkdə ittiham edib. Əslində, azərbaycanlı sərhədçilər yalnız dislokasiyanı dəyişiblər, Laçın və Kəlbəcər rayonları hüdudlarında qalıblar.

Bu gün demək olar ki, 10 may bəyanatının bütün bəndləri yerinə yetirilir, bir neçə bənddən başqa. Belə ki, erməni qoşunların Qarabağdan çıxarılması başa çatdırılmayıb və Zəngəzur nəqliyyat dəhlizinin tikintisi ilə bağlı bənd yerinə yetirilmir.

Bu fonda Azərbaycan öz sərhədlərinin Ermənistan tərəfindən tanınmasını tələb edir. Buna görə də sərhədlərin demarkasiyası məsələləri ön plana çıxır ki, bu da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınması və Ermənistanın Qarabağa iddialarından imtina etməsi deməkdir.

Ermənistan buna hər vəchlə mane olmağa çalışır, lakin Azərbaycan-Rusiya münasibətləri amili qüvvəyə minir. Bəzi hallarda Rusiya Ermənistanı bəyanatın şərtlərini yerinə yetirməyə məcbur edir, çünki Moskva Zəngəzur vasitəsilə Ermənistanla nəqliyyat əlaqəsinin bərpasında maraqlıdır və Ermənistana təzyiq göstərəcək. Təsadüfi deyil ki, son zamanlar Yerevan tez-tez Rusiyaya deyil, Qərbə üz tutur.

Hər halda, Ermənistan Azərbaycan prezidentinin sülh sazişi bağlamaq çağırışına indiyə qədər cavab verməyib. Bu, onu göstərir ki, Ermənistan sülh danışıqlarına hazır deyil və Azərbaycanın tələblərinin yumşalması ümidilə prosesi uzatmağa çalışır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar