Xəbər lenti 
					
 
		Qarabağda erməni uşaqlara türklərə qarşı nifrət belə aşılanır - VİDEO

Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, eyni zamanda onları bu ruhda tərbiyə edir.
Manevr.az xəbər verir ki, Ombudsman Aparatının paylaşdığı video erməni uşaqlarının kiçik yaşlardan işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük ruhunda, aqressiv formada tərbiyə olunmasının daha bir sübutudur.
"Belə ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır.
Azərbaycan Ombudsmanı tərəfindən bu və ya digər faktlar barədə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır", - Azərbaycanın Ombudsman Aparatının yaydığı məlumatda qeyd edilir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















