Xəbər lenti
Paşinyan: “Köçəryan 1999-cu ildə Zəngəzur dəhlizini Azərbaycana verməyə hazır idi”

Sabiq prezident Robert Köçəryan hakimiyyəti dövründə 1999-cu ildə Ermənistan Təhlükəsizlik Şurasının iclasında Mehri (Zəngəzur) dəhlizinin Azərbaycana verilməsini müzakirə edib.
“Sputnikarmenia” xəbər verir ki, bu barədə baş nazir əvəzi Nikol Paşinyan Köçəryanın və onun tərəfdarlarının Sünikin (Zəngəzur) Azərbaycana verilməsi ittihamı cavablandırarkən deyib.
Paşinyanın sözlərinə görə, bu gün Köçəryan və onun tərəfdarları bizi Zəngəzuru Azərbaycana verməkdə ittiham edir, ancaq o yaddan çıxarır ki, Mehri dəhlizinin Azərbaycan verilməsi məsələsini hakimiyyəti dövründə müzakirə edib.
“Əgər inanmırsınızsa, o zaman bu yaxınlarda Karen Dəmirçiyanın dərc olunan memuarlarını oxumaq yetər. İndiki müdafiə naziri Vaqarşak Arutyunyan 1999-cu ildə keçirilən həmin Təhlükəsizlik Şurasının iclasının canlı şahididir. Barəmizdə deyilənlər absurddur. Heç kim bizi bununla bağlı ittiham edə bilməz”, - Paşinyan çıxışında deyib.
Köçəryanın rəqibləri onu hakimiyyətinin ilk illərində Laçın dəhlizinin əvəzində Mehri dəhlizinin Azərbaycana verilməsinə hazır olduqlarını bəyan ediblər. /ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar