Xəbər lenti 
					
 
		“Ter-Petrosyan deyir ki, Qarabağı təhvil verin..." - Paşinyan Ter-Petrosyana cavab verdi

Ermənistanda növbədənkənar parlament seçkisi yaxınlaşdıqca, siyasi qüvvələrin qarşılıqlı ittihamları daha da kəskin xarakter alır.
Son günlər ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi hərəkatın aktivləşdiyi xüsusilə diqqəti cəlb edir. Həm Paşinyan hakimiyyətini, həm də Koçaryan-Sarqsyan cütlüyünü ittiham edən Ter-Petrosyan ondan sonra gələn Ermənistan rəhbərlərini vaxtında Azərbaycanla razılaşmamaqda və nəticədə biabırçı məğlubiyyətin əsas səbəbkarları olmaqda günahlandırıb.
Manevr.az xəbər verir ki, Ermənistan mətbuatında Baş nazir Nikol Paşinyanın Levon Ter-Petrosyana və onu kəskin tənqid edən “Daşnaksutyun” partiyasına cavabı dərc olunub. Öz seçki komandasının qarşısında çıxış edən Paşinyan deyib ki, Levon Ter-Petrosyan Qarabağı Azərbaycana təhvil verməyi təklif edir: “Ter-Petrosyanın təsəvvürünün nədən ibarət olduğunu demək lazımdır. O, Qarabağı bütünlüklə Azərbaycana təslim etməyi və bununla da mövzunun bağlanmasını təklif edir. Ancaq nədənsə bu gün bizi günahlandırırlar...”
Baş nazir bununla demək istəyib ki, Qarabağın “Azərbaycana təslim edilməsinin” ilk təşəbbüskarı Ter-Petrosyan olsa da, ermənilər birinci prezidenti yox, onu ittiham edirlər.
Xatırladaq ki, Ter-Petrosyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, son müharibədən əvvəl, uzun illər boyu Ermənistanın müəyyən güzəştlər etməklə, Azərbaycanla daha əverişli razılaşma əldə etmək imkanı vardı. Lakin ondan sonra gələn hakimiyyətlər bu şansı əldən verdilər və bunun da nəticəsi göz qabağındadır.
“Daşnaksutyun”a gəlincə, Paşinyan onu satqın adlandıran bu partiyanı 1918-1920-ci illərdə Türkiyə ilə təslimçilik müqavilələri bağlamaqda günahlandırıb. Və deyib ki, daşnaklar əvvəlcə həmin müqavilələri imzalayanların satqın olduqlarını etiraf etməlidirlər və yalnız bundan sonra indiki hakimiyyəti günahlandırmaq hüququna malik ola bilərlər./“azpolitika.info”
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















