Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazilərə yardım etmək üçün həkim tapılmayıb? - ŞƏKİL

Tarix: 24-05-2021 12:57     Baxış: 4184 A- / A+
Qazilərə yardım etmək üçün həkim tapılmayıb? - ŞƏKİL


Sosial şəbəkələrdə Tovuz rayon Mərkəzi Xəstəxanasında halı pisləşən Vətən müharibəsi qazilərinə tibbi müdaxilə etmək üçün həkim tapılmaması ilə bağlı görüntülər yayılıb. Görüntülərdə deyilir ki, tibb müəssisəsində müalicə alan üç qaziyə yardım göstərmək üçün xəstəxanada növbətçi həkim belə olmayıb. Vəziyyəti ağırlaşan qazilərə öz yaxınları və döyüş yoldaşlarının köməklik göstərdiyi bildirilir.

Manevr.az xəbər verir ki, qafqazinfo problemlə bağlı Tovuz RMX baş həkimi Mahirə Quliyeva ilə əlaqə saxlayıb. Baş həkim bildirib ki, bazar günü növbətçi həkimin biri reanimasiya şöbəsində, digəri isə təcili yardım şöbəsində olur. Həmin vaxt da həkimlər xidmət yerində olublar, onlar xəstəyə lazımi yardım göstəriblər.

"Həmin gün qaziyə baş çəkmək üçün digər döyüş yoldaşları da xəstəxanaya gəliblər. Təəssüf edirik ki, bu qazilərdən birinin də vəziyyəti anidən pisləşib. Tərəfimizdən ziyarətçi qazimizə də həm stasionar, həm də ambulator yardım olunub. Qazimizin birində dərin psixonevroloji problemlərin olduğu müəyyənləşdirilib. Odur ki, Vətən müharibəsi iştirakçımızın 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi tövsiyə olunub. Lakin qazinin atası övladının həmin xəstəxanaya göndərilməsinə icazə verməyib".
Xəstəxanadan həmçinin bildirilib ki, hazırda həmin şəxslərin müalicəsi aparılır. Lakin ixtisaslı xəstəxanaya göndərilməsi tövsiyə olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar