Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Əliyevin sözlərindən sonra Xankəndidəki ermənilər nəyi qəbul etdi?

Tarix: 23-05-2021 11:17     Baxış: 3444 A- / A+
Əliyevin sözlərindən sonra Xankəndidəki ermənilər nəyi qəbul etdi?


Prezident İlham Əliyevin Zəngəzur dəhlizi üzərində iş getdiyi və Qarabağa heç bir statusun verilməyəcəyi haqda son çıxışında dediyi fikirlərdən sonra Xankəndidəki ermənilər “hər şeyin bitdiyini” hesab edirlər.

Xankəndidəki separatçı “parlamentin” keçmiş “deputatı” Arzik Mkitaryan mövcud vəziyyəti belə təsvir edir:

- Ermənistan-Azərbaycan sərhədinin gündəmdə olduğu vaxt Qarabağ məsələsindən söhbət gedə bilməz, Bakı bu ərazilərin Azərbaycana məxsus olduğunu davamlı olaraq söyləyir, Ermənistandan isə heç bir reaksiya görmürük;

- Bu gün “Artsax”ın (Qarabağ) sərhədləri yoxdur, Azərbaycanın hərbi karvanı “Artsax”dan keçib, Kəlbəcərə gəlir, erməni əhalinin gözləri önündən keçib Şuşaya yük daşıyırlar, bu onu təsdiqləyir ki, artıq Qarabağda bizim sərhədimiz yoxdur;

- Ermənistanda da artıq bizim gələcəyimiz gündəmdə deyil;

- Əhali problemlər içindədir və heç kim kömək etmir;

Erməni mənbələrin Xankəndidə baş verənlərlə bağlı daha bir informasiyası diqqət çəkir. Məlumatlara görə, baş separatçı Araik Arutyunyan “hərbçilərlə” görüşərək, “ordu”nun ixtisara salınması məsələsini müzakirə edib.

Azərbaycan Ordusu isə son bir həftədə iki dəfə anti-terror əməliyyatının məşqini edib.

Asif

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar